"Türkiyə olan yerdə Rusiya dominantlıq edə bilməyəcək" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

"Türkiyə olan yerdə Rusiya dominantlıq edə bilməyəcək"

"Xalqımız Dağlıq Qarabağ ətrafında baş verən 32-33 illik hadisələrdə o qədər problemlər görüb ki, bu gün baş verənlərə ehtiyatla yanaşır”.

Median.Az
xəbər verir ki, bu barədə danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O, daha sonra bunları vurğulayıb: "Amma hesab edirəm ki, vəziyyət əvvəlki dövrlərdən xeyli fərqlidir. Bu gün Rusiya ilə yanaşı Türkiyə qoşunları da regiondadır. Çünki Türkiyənin regionda Rusiyaya qarşı dayana biləcək gücü və beynəlxalq nüfuzu var. Rusiya artıq regionda dominantlıq edə bilmir.

Çünki Azərbaycan işğaldan azad etdiyi torpaqları 1988-ci ildən də yüksək vəziyyətə çatdırıb. Çünki 1988-ci ildə ortada status məsələsi də var idi. O cümlədən Xocavəndin bir hissəsində və Hadrut qəsəbəsində ermənilər yaşayırdılar. Artıq bu qisimdə də ermənilər yaşamır və bizim nəzarətimizdədir. Həm ərazi, həm də strateji baxımdan bizim bir sıra üstünlüyümüz var. Üstünlüyümüzü Azərbaycanın tam qələbəsinə çevirmək mümkün olacaq. Hər şey bizim özümüzdən asılıdır. Rusiyanın olmasını heç kim istəmir. Amma siyasi reallıq onu diqtə etdi ki, Rusiya da Azərbaycana tərəf kimi gəlməli oldu. Rusiya Cənubi Qafqazda mövqeyini elə-belə güzəştə getmək istəmir. Könül istərdi ki, etnik separatizm sahəsində fəaliyyət göstərən qüvvələr olmasın. Amma bu olmadı deyə məyusluğa qapılmaq və gələcək faciəyə hazırlıq kimi qiymətləndirmək düzgün deyil. Gələcəyin necə olacağını biz təyin edəcəyik. Əgər işğaldan azad etdiyimiz ərazilərdə insanlarımızın yerləşdirilməsi, həyat şəraiti, kommunikasiya imkanları, hərbi bazaların yerləşdirilməsi və diplomatiyanın düzgün qurulması kimi məsələlər üst-üstə düşəcəksə, gələcəkdə heç kimsə bizim qarşımızda dayana bilməyəcək”. /Konkret.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 12.11.20 23:41