Kalaşnikovdan erməni lobbisinə sərt reaksiya: “Niyə ruslar sizə həmişə borclu olmalıdır?!” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Kalaşnikovdan erməni lobbisinə sərt reaksiya: “Niyə ruslar sizə həmişə borclu olmalıdır?!” - VİDEO

Qarabağ məsələsi, erməni lobbisinin sifarişləri Rusiyanın federal kanallarında qarşıdurma yaratmağa başlayıb.

Siyasi ekspertlər iki hissəyə parçalanıb: Ermənistanın maraqlarını müdafiə edənlər və Kremli əsas tutanlar.

“Russia-1”də yayımlanan “60 Dəqiqə” verilişində yaşananlara diqqət yetirək.

Rusiyanın dövlət kanallarında erməni lobbisi tərəfindən maliyyələşdirilən tok-şoular yerli mütəxəssisləri narahat etməyə başlayıb.

Rəsmi Moskvanın maraqlarını düşünən ekspertlər verilişləri tənqid edir. Bu mütəxəssislər münaqişəyə Rusiyanı qatmaq istəyənləri anlamır.

Rusiya Federasiyasının Dövlət Dumasının sədri Leonid Kalaşnikov və rusiyalı jurnalist Olqa Skabeyeva “60 Dəqiqə” verilişində məsələ ilə bağlı öz fikirlərini bildirib:

Leonid Kalaşnikov: “Niyə Rusiya kiminsə ardınca düşüb onu müdafiə etməlidir? Erməni təyyarələrini vurduğu iddia edilən türk təyyarəsindən səs çıxmadı. Bu muzdlular da ciddi “fake”dir. Mənə Rusiya maraqlıdır. Rusiyanı daima bu münaqişəyə daxil etmək istəyirlər.

Mən bu təhlükəni ilk gündən görürəm. Bilirsiniz niyə? Bütün bizim liberal federal KİV, bütün jurnalistlər birləşib Rusiyanı qatmaq istəyirlər. Onlara maraqlı deyil ki, burada heç nə sübut olunmayıb. Hələ o vaxt Antanta, Böyük Britaniya Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Rusiyadan əvvəl. Rus məktəblərini, kanallarını bağlayanlar, niyə ruslar sizə həmişə borclu olmalıdır?”

Olqa Skabeyeva: “Sizin təklifiniz?”

Leonid Kalaşnikov: “Mən sizə demişəm. Rusiya, Azərbaycan və Ermənistan danışıqlar masasına oturmalıdır. Amma belə yox ki, biz sizin arxanızdan işlər görəcəyik, bizə heç kim heç nə etməyəcək. Belə yox! Onların rəhbərliyi sülhməramlı istəyir. Deyib! Öncə dedi, lazım deyil, sonra istədi”.

Olqa Skabeyeva: “Xeyr! Bu, TASS informasiya agentliyinin səhv interpretasiyasıdır. Sonra Nikol Paşinyanın dəqiq tərcüməsini dərc ediblər. O, çox ağıllı cavab verib ki, bu sual başqa situasiyada başqa iştirakçılarla Minsk qrupu ilə müzakirə edilməlidir. “Fake” kim tərəfdəndir, siz cavab vermədiniz?”

Leonid Kalaşnikov: “Fake”lər? Sizin tərəfdəndir. Öncə siz bu “fake”i yaydınız, mən bunu KİV-də oxumuşam”.

Olqa Skabeyeva: “Təyyarə barəsində bəs baş nazir xəbər verməmişdi ki?”

Leonid Kalaşnikov: “Siz bu xəbərin yalan olduğunu bu gün dəqiqləşdirmisiniz. Amma əvvəl siz bu “fake” xəbəri müzakirə edirdiniz!”

“Fake” xəbərlərlə təxribat yaradan tok-şoularda ermənipərəstləri rusiyalı hərbi ekspert İqor Korotçenko da qınayıb.

O bildirib ki, təxribat xarakterli çıxış edənlər Rusiya Federasiyasının maraqlarını əks etdirmir:

“Dəqiq anlayaq: Rusiya siyasi tok-şoularındakı heç bir ekspertin çıxışı Kremldə qəbul olunan siyasi qərarlara təsir etmir. Putin siyasi və hərbi qərarlarını yalnız Rusiya XİN-in, Müdafiə Nazirliyinin, kəşfiyyatının, xüsusi xidmət orqanlarının, həmçinin, Prezident Administrasiyasının analitik strukturlarının təqdim etdiyi məlumat və tövsiyələr əsasında qəbul edir.

Mən istisna etmirəm ki, mənim bir sıra həmkarlarım Ermənistana şəxsi simpatiyalarından çıxış edir, bir hissəsi Rusiyadakı erməni lobbisi tərəfindən ələ alınıb, lakin istənilən halda hansı mövqenin səsləndirilməsindən asılı olmayaraq, Putin qərarlarını siyasi tok-şoular əsasında qəbul etmir”.

Görünür, siyasi şərhçilər erməni lobbisindən dəstək alanları ifşa edib, yaxud Moskvanın Qarabağdakı əməliyyatlarda bitərəf qalması lobbiyə xidmət edənləri narahat edir. Rusiyada mövqelər milli maraqlar məcrasına yönəlir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 06.11.20 17:42