Ukraynalı politoloq: “Minsk Qrupuna ümid qalmayıb, yeni mexanizm axtarmaq lazımdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Ukraynalı politoloq: “Minsk Qrupuna ümid qalmayıb, yeni mexanizm axtarmaq lazımdır”

Türkiyənin regionda fəal oyunçuya çevrilməsi artıq hər kəs üçün aydındır. Prezident Ərdoğanın Qafqazdakı təsir zonalarının yenidən bölüşdürülməsi ilə bağlı Putinlə razılığa gəlməyə çalışması faktı da çox şeydən xəbər verir. Türkiyənin heç hansısa danışıqlar formatına daxil oması vacib də deyil, bu ölkə onsuzda regiondakı vəziyyətə təsir etmək üçün kifayət qədər təsir alətinə malikdir.

Bu sözləri Media.Az-a müsahibəsində ukraynalı diplomat, politoloq Vadim Tryuxan deyib.

“Bununla belə, qəbul etməliyik ki, ATƏT-in Minsk Qrupunun gözlənilmədən Qafqazda sülhə gətirib çıxaracaq effektiv alətə çevrilməsinə ümidlər praktiki olaraq qalmayıb. Buna görə də başqa mexanizm axtarmaq lazımdır. ABŞ üçün Qafqazın hələlik (istənilən halda qarşıdakı üç-dörd ay ərzində Ağ Evdəki idarəetmə dəyişikliyinə qədər) prioritet təşkil etmədiyi halda, BMT-ni aktivləşdirməyə cəhd göstərmək olar. BMT Baş katibinin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsinin təyin olunması hazırda münaqişəyə cəlb olunan bütün tərəflər üçün çıxılmaz vəziyyətdən çıxış ola bilər”, - deyə V.Tryuxan bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            789 05.11.20 23:41