“Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |    

“Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır”

“Newsweek” nəşrində Dağlıq Qarabağdakı son hadisələrlə bağlı məqalə dərc edilib.

Məqalədə Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edərək, ölkəmizin tolerantlıq, çoxetiqadlılıq və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər:

“Ölkəmizin yəhudi, xristian pravoslav və müsəlman icmalarından olan dini liderlər kimi, beynəlxalq mediada “xristianların təhlükə altında olduğu” ilə bağlı yazılanlara görə, danışmağımızın vaxtı gəldi. Biz fərqli inanclara sahib ola bilərik, amma hamımız bir xalqıq - azərbaycanlıyıq”.

Məqalədə vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır.

“Aşkenazi yəhudi icması, dağ yəhudi icması, katoliklər, pravoslavlar, Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edirlər. Azərbaycan tolerantlıq, çox etiqadlılıq, multikulturalizm nümunəsidir”.

Məqalədə qeyd olunub ki, 30 ildən çox müddətdə - 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən münaqişə zamanı – 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin düşüb. İşğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulanların sayı isə 700 mindən çoxdur. Bu gün Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerlərinin ya təyinatı dəyişdirilib, ya da dağıdılıb, zədələnib. Azərbaycanın şəhər və qəsəbələrində isə kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bu gün təklif etdiyi Dağlıq Qarabağda yaşayanların oranı tərketməsi deyil, əksinə, bir vaxtlar özlərinin qovduqları insanların geri qayıtmasıdır. Ölkəmiz orada fərqli din, mədəniyyət, etnik mənsubiyyətə malik, sülh şəraitində yaşamaq istəyənlər üçün Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan bir geridönüşdür.

Bundan əlavə, məqalədə ermənilərin Gəncədə dinc əhalini hədəf almasından da söz açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            585 05.11.20 19:47