Ceyhun Bayramov: “Mövqeyimizi ABŞ tərəfinə çatdırdıq” - MÜSAHİBƏ+VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Ceyhun Bayramov: “Mövqeyimizi ABŞ tərəfinə çatdırdıq” - MÜSAHİBƏ+VİDEO

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqton şəhərində ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

C.Bayramov M.Pompeo ilə görüşdə münaqişə ilə bağlı son vəziyyəti, xüsusilə, Ermənistanın humanitar atəşkəsə çağırış etməsinə baxmayaraq, buna əməl etməməsi, mülki əhalini hədəf alması, Ermənistanın terrorçu ekstremist qüvvələrdən, həmçinin, muzdlulardan Azərbaycana qarşı istifadə etməsi ilə bağlı məsələləri müzakirə edib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi bəllidir:

“Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq ictimaiyyətə, beynəlxalq mətbuata verdiyi müsahibələrində də qeyd edib. Bu gün bizim əsas məqsədimiz Azərbaycanın tarixi həqiqətə, beynəlxalq hüquqa əsaslanan mövqeyini Amerika tərəfinə çatdırmaqdır. Ermənistan son zamanlar, xüsusilə də 27 sentyabrdan başlayan hərbi təxribatlar törədərək, Azərbaycanın mülki əhalisini atəşə tutublar. Bilirsiniz ki, Ermənistan silahlı qüvvələri hər zaman mülki əhalini atəşə tutub. Azərbaycan dövləti müəyyən mənada öz vətəndaşları qarşısında olan öhdəliyini yerinə yetirməli idi və Ermənistanın təxribatlarına adekvat cavab verildi. Bu müddət ərzində Azərbaycan silahlı qüvvələri uzun müddət düşmən işğalı altında olan ərazilərimizi azad etdilər və bu proses davam etdirilir”.

C.Bayramov bildirib ki, çoxsaylı müraciətlərə uyğun olaraq Azərbaycan humanitar atəşkəsə razılıq verdi lakin Ermənistan humanitar atəşkəsin şərtlərinə əməl etmədi:

“Həmin humanitar atəşkəsin pozulması Ermənistan tərəfindən oldu. Burada əsas məqsəd Ermənistanın hərbi-siyasi rəhbərliyinin itirilmiş mövqeləri qəbul edə bilməməsidir. Onlar humanitar atəşkəs adı ilə Azərbaycan silahlı qüvvələrinə zərbələr endirmək istədilər. Amma təbii ki, Azərbaycan silahlı qüvvələri buna layiqli cavab verib. Çünki, humanitar atəşkəs birtərəfli ola bilməz”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 24.10.20 19:25