TƏBİB-dən reanimasiya şöbəsində olan COVID-19 xəstələrinin sayı ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

TƏBİB-dən reanimasiya şöbəsində olan COVID-19 xəstələrinin sayı ilə bağlı AÇIQLAMA

“Məndə olan son məlumata görə, bu gün COVID-19 virusuna yoluxan 209 xəstə reanimasiya şöbəsində müalicə alır. Bu, çox ciddi rəqəmdir və nəzərə almaq lazımdır ki, rəqəmlər hər gün dayanmadan dəyişir. Onlardan 18-i isə süni tənəffüs aparatına qoşulub”.

Bu barədə AzTV-nin “Hədəf” proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.

Y.Qarayeva bildirib ki, biz hər birimiz bunun məsuliyyətini hiss etməliyik:

“Dövlət xəstəxanalar tikdi, süni tənəffüs aparatı gətirdi, zəruri digər resursların təminatı üçün müvafiq addımlar atdı. Lakin həkim resursunun təminatı çox çətindir. Bir həkimin oxuyub gəlib reanimotoloq, pulmonoloq olması illər alır. Bu səbəbdən hər kəs diqqətli olmalıdır”.

“Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm.

Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir, COVID-19-la mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”, - o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 22.10.20 15:57