Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb

Qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi ərazilərdən çəkilməyə çağıran bəyanat qəbul edib.

APA-nın məlumatına görə, Bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və heç vaxt Ermənistana tabe olmadığı qeyd olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd edilib.

BMT, həmçinin, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa əsasən, Ermənistanın işğalçı dövlət statusunda olduğu vurğulanıb.

Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 12.10.20 23:27