Polad Bülbüloğlu Fransa səfirinə partiyaların Makrona etirazını çatdırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Polad Bülbüloğlu Fransa səfirinə partiyaların Makrona etirazını çatdırıb

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı Səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.

Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verib.

Azərbaycanın səfiri münaqişənin nizamlanması həvalə edilən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, BMT TŞ-nin məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə Görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.

Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.

Fransanın səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.

Polad Bülbüloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını xüsusilə diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq ictimaiyyətə separatçılıqla mübarizədə səylərinin birləşdirilməsinə daim çağırış etdiyini söyləyib.

Polad Bülbüloğlu həmçinin bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.

Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirərək, ölkəmizin 50 siyasi partiyasının imzaladığı bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla, Azərbaycanın bütün siyasi qüvvələri birləşərək, Fransa prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 976 08.10.20 23:28