Mojo.az Banner
13:30 İranda etirazları dəstəkləyən mədəniyyət xadimlərinə və idmançılara qarşı cinayət işi açıldı  |     13:21 Azərbaycanda bu yağlar bahalaşdı - FOTO  |     13:17 Qarlı hava sabah da davam edəcək  |     13:13 Tramp ikinci prezidentlik müddətinin ilk ilini dəyərləndirdi  |     12:57 Sürücülərin DİQQƏTİNƏ: Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Video  |     12:39 Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 150 santimetrə çatıb (Video)  |     12:31 FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİB  |     12:19 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu  |     12:19 Tramp Fransa prezidentinin şəxsi mesajını dərc etdi  |     12:10 Paşinyan Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul etdi  |     12:05 Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”  |     11:59 Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”  |     11:53 Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı  |     11:47 “TikTok” bu şəxslərin hesabını siləcək  |     11:41 Azərbaycan nefti UCUZLAŞDI  |     11:36 Ramil Əliyev vəzifəsindən azad olundu  |     11:28 Azərbaycana güclü qar yağdı, evin talvarı çökdü -FOTOLAR  |     11:23 Yol polisi sürücülərə müraciət etdi  |     11:05 Səfər Əbiyevə ağır itki  |     23:00 Süni intellekt haqqında 5 ən böyük yanlış fikir  |    
Left Banner
Right Banner

Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır

30.09.2020 20:41 1 762
Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır
Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

"Report" xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Bir daha şahid oluruq ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.
скачать dle 11.3