Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi sürücülərə müraciət etdi

20.01.2026 11:23 390
Yol polisi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
İdarədən  verilən xəbərə görə, hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur:
 
"Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
 
Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.
 
Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkin­sınlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər.
 
Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar.
 
Bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür".скачать dle 11.3
Mojo.az Banner