Mojo.az Banner
20:45 DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi  |     20:33 Tramp: "İlham Əliyev və Paşinyan yaxşı liderlərdir"  |     20:27 Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?  |     20:24 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     20:06 Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü  |     20:01 Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı  |     19:55 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     19:31 Bakıda cərrah vəfat etdi  |     19:18 Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb  |     19:15 Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş  |     18:39 Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub  |     18:26 Paytaxtda 22 istiqamətdə sıxlıq müşahidə olunur  |     18:16 Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb  |     18:12 Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"  |     18:08 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - Video  |     17:33 Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq  |     17:30 Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"  |     17:23 Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb  |     17:14 Qurban Qurbanov "Neftçi"nin imtinasından danışdı  |     17:02 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinin şikayəti təmin edilmədi  |    
Left Banner
Right Banner

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməyə davam edir

30.09.2020 18:34 1 083
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməyə davam edir
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşdiyi bu günlərdə Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və onun özünümüdafiə hüququnu ardıcıl surətdə dəstəkləməyə davam edir.

Ali Radanın yüksək vəzifəli nümayəndələrinin ardınca Ukrayna xarici siyasət idarəsinin başçısı Dmitri Kuleba da Azərbaycan Respublikasını dəstəklədiyini bəyan edib.

“Dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır. Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də ardıcıl olaraq onun ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün dəyişməz olaraq qalır”, - deyə nazir brifinqdə bildirib.

ATƏT-in Daimi Şurasının sentyabrın 29-da keçirilmiş xüsusi iclasında Ukraynanın daimi nümayəndəsi çoxsaylı insan tələfatı ilə əlaqədar təəssüfləndiyini, habelə münaqişənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında sabit şəkildə nizamlanmasını dəstəklədiyini bildirib.

Ermənistan tərəfi çıxışında qeyd edib ki, Ukrayna nümayəndəsinin bu bəyanatı Azərbaycanın “Arsax”a qarşı “təcavüzünün” təşviqinə yönəlib və münaqişənin spesifikasını nəzərə almır. O vəd edib ki, Ermənistanın da Ukrayna daxilindəki münaqişəyə münasibəti qarşılıqlı olacaq. Ukraynanın daimi nümayəndəsi bunun cavabında diqqətə çatdırıb ki, Ukraynada daxili münaqişə yoxdur.

O, xatırladıb ki, Ermənistan BMT çərçivəsində ardıcıl olaraq Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verir. Ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyinə gəlincə isə bu mövqe prinsipialdır və hamıya yaxşı məlumdur. O, təkrarən vurğulayıb ki, bu mövqe Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında sabit həllinə yönəlib. Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ali Radanın xalq deputatı Yelizaveta Yasko da münaqişənin nizamlanmasına münasibət bildirib.

O, “Facebook” səhifəsində bəyan edib ki, “Azərbaycan və Ermənistan arasında münaqişənin hər hansı həlli beynəlxalq hüquq prinsiplərinə, o cümlədən beynəlxalq miqyasda tanınan sərhədlərə hörmət prinsipinə əsaslanmalıdır.

O, həmçinin qeyd edib ki, “Ukrayna Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır”. Ukrayna siyasətçiləri, deputatları, ictimai xadimləri, sıravi vətəndaşları və diaspor nümayəndələri tərəfindən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı aksiyalar və müraciətlər davam edir.скачать dle 11.3