Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |    

Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncamının icrası istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin hərbi hissələrə yola salınmasını təmin etmək üçün zəruri tədbirləri operativ qaydada həyata keçirir.

Dövlət Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər.

Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər.

Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi kömək göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            972 30.09.20 16:40