Ağdaşda 6 otaqlı evdə yanğın » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ağdaşda 6 otaqlı evdə yanğın
Ağdaş rayonunun Mürsəl kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 288 kvadrat metr olan bir ailənin məskunlaşdığı birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və 1 otağına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          171 26.09.20 14:31