Mojo.az Banner
19:21 "Sənədsiz evlər qlobal problemdir" - Deputat  |     19:16 Zərdabda odlu silah tapıldı  |     19:10 Deputat sahibsiz itlər problemindən danışdı  |     19:03 Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi  |     18:54 İranda 3 min etirazçı saxlanılıb - KİV  |     18:49 Restorandan iki ədəd mobil telefon oğurlandı  |     18:43 Həmin uşaq Van Dammın azərbaycanlı nəvəsi deyilmiş - Gəlinindən açıqlama  |     18:35 Yəmən hökuməti istefa verdi - KİV  |     18:30 Polis Akademiyası işə qəbul elan edir  |     18:24 Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     18:15 Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür (Video)  |     18:09 Narkotik satanlar tutuldu  |     17:59 Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)  |     17:42 Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir- ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     17:35 Prezidentin yüksək vəzifə verdiyi Əfqan Cəlilov kimdir?  |     17:30 Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq  |     17:10 Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ  |     16:57 Assosiasiya sədri: Bələdiyyələri "qəbir yeri satan" kimi təqdim edirlər  |     16:54 Novxanıdakı kəsim məntəqəsində nöqsanlar aşkarlandı  |     16:52 Azərbaycanda futbol klubu yeddi oyunçusu ilə YOLLARINI AYIRDI  |    
Left Banner
Right Banner

Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”

17.09.2020 23:31 1 605
Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” (1:3) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib.

Oxu.Az-ın Bakı Olimpiya Stadionunda olan müxbiri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“Qalatasaray” kimi komandalarla oyunlarda kobud səhvlər bağışlanmır. Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir.

Rəqib elə komandadır ki, top səviyyədə olan futbolçuları var. Belə komandalar xırda səhvləri bağışlamır. Ona görə də rəqibə maksimum az boşluq verməlisən.

Səlahət Ağayev zədəli idi. Ona görə heyətə əlavə etməmişdik. Stiven Jozef-Monrozun da zədəsi vardı. Prins İbara yeni gəlib. İlk qolunu vurdu. Tədricən o artıracaq.

Etiraf edim ki, “Şkupi” və “Sumqayıt”la oyunlarda bundan daha çox səhv buraxmışdıq. Amma “Qalatasaray” bu komandalardan fərqlidir. Az səhv etsən belə, qapında top görəcəksən. Bu matçda inamlı görünməyimizin səbəbi rəqibin adına görə motivasiyanın yüksək olması idi”.скачать dle 11.3