İranda 3 min etirazçı saxlanılıb - KİV
Bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan vətəndaşların sayı üç min nəfərdir.
Dekabrın 28-də İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Ən böyük etirazlar Tehranda baş tutub, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.
Yanvarın əvvəlində İran hakimiyyəti ölkə miqyasında internet və telefon xidmətlərini dayandırıb.
//unikal.az