Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmin uşaq Van Dammın azərbaycanlı nəvəsi deyilmiş - Gəlinindən açıqlama

16.01.2026 18:43 324
Həmin uşaq Van Dammın azərbaycanlı nəvəsi deyilmiş - Gəlinindən açıqlama
Bir neçə gündür sosial şəbəkələrdə Hollivud ulduzu Jan-Klod Van Dammın qucağında uşaqla fotosu paylaşılaraq “azərbaycanlı nəvəsi” kimi təqdim olunur.

Bununla bağlı onun azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkə hesabında paylaşım edib.

S.Hacızadə bildirib ki, həmin fotodakı körpə onun övladı deyil: “Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm. Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil”.

Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.скачать dle 11.3
Mojo.az Banner