Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)

16.01.2026 17:59 363
Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)
Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilir. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib.

Şikayətçi olan ana Şahnaz Fərhad qızı İsmayılova Oxu.az-a bildirib ki, ona övladının sağlam olması barədə rəsmi formada - 26U tibbi arayışı təqdim edilib:

"Lakin uzun illərdir ki, uşağı ilə maraqlanmayan atasına məhkəmədə istifadə etməsi məqsədilə uşağın guya qarnının kistalarla dolu və ağır xəstə olması barədə arayış verilib".

Vətəndaş iddia edir ki, həmin xəstəlik ümumiyyətlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron informasiya sistemində mövcud deyil:

"Poliklinika sistemdə olmayan diaqnozu kağız üzərində ataya təqdim edib. Mən yoxladanda isə uşağın sağlam olduğu bildirilib, sadəcə, ürəyində problem aşkar edilib və bu diaqnoz rəsmi şəkildə "e-tabib" elektron informasiya sisteminə daxil edilib. Lakin buna baxmayaraq, poliklinika uşağın müalicəsindən imtina edir".

Şikayətçi bildirib ki, oğlu Y.E. oğlu İsmayılov doğulduğu gündən 4 saylı uşaq poliklinikasında qeydiyyatda olub, ancaq 2020-ci ildə poliklinika rəhbərliyi uşağı ananın xəbəri olmadan qeydiyyatdan çıxarıb:

"Hazırda arxiv sənədləri gizlədilir və uşağın guya həmin poliklinikada heç vaxt qeydiyyatda olmadığı iddia edilir. Məqsəd uşağın əvvəlki tibbi tarixçəsini aradan qaldırmaqdır".

Şahnaz İsmayılova əlavə edib ki, 4 saylı uşaq poliklinikası uzun müddət əsassız səbəblərlə uşağı yenidən qeydiyyata almaqdan imtina edib və tibbi xidmətin göstərilməsinə mane olub:

"Yalnız çoxsaylı müraciətlərdən sonra qeydiyyat bərpa edilib. Bununla yanaşı, poliklinikanın Səlminaz adlı həkimi mənə qarşı hədə və təzyiq göstərib.

Məhkəmənin uşağın məndə qalması ilə bağlı qərarı olmasına baxmayaraq, poliklinika rəhbərliyi 14 yaşlı uşağın tibbi sənədlərini saxtalaşdıraraq bu qərarın dəyişdirilməsinə əsas yaratmağa cəhd edir".

Ş.İsmayılova sonda vurğulayıb ki, uşağın atasına çoxsaylı müraciətləri olub:

"Ona dəfələrlə demişəm ki, əlində oğlumun xəstə olması ilə bağlı sənəd varsa, birgə müayinəyə gedək. Lakin o, imtina edib. Çünki uşağın müalicəsində maraqlı deyil, əksinə, sənədi yalnız məhkəmədə istifadə etmək istəyir".скачать dle 11.3
Mojo.az Banner