Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı

16.09.2020 17:36 2 470
Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Gəncə şəhər Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataqxana, mətbəx, ərzaq anbarı, hamam və digər yerlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma və kommunal xidmətlərin təminatı ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Başçəkmə zamanı Gəncə şəhər Körpələr Evində ixtisaslı həkim çatışmazlığı, körpələr evində kommunal xidmətlərin təminatının yaxşılaşdırılmasına ehtiyac olduğu müəyyən edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, körpələr evi sakinlərinin hüquqlarının daim diqqətdə saxlanılması istiqamətində müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər