Gürcüstan müntəzəm uçuşlara qoyduğu məhdudiyyətin vaxtını növbəti dəfə uzadıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Gürcüstan müntəzəm uçuşlara qoyduğu məhdudiyyətin vaxtını növbəti dəfə uzadıb
Gürcüstan hökuməti beynəlxalq müntəzəm reyslərə bu ilin 31 oktyabr tarixinə qədər məhdudiyyət qoymaq barədə qərar qəbul edib.

Bu barədə Gürcüstanın 1TV ictimai kanalı məlumat yayıb.

Məhdudiyyət yalnız Şota Rustaveli Tbilisi Beynəlxalq Hava limanı ilə Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya) arasında olan birbaşa beynəlxalq uçuşlara şamil edilmir.

Rəsmi məlumatda qeyd olunur ki, digər istiqamətlərdə müntəzəm hava uçuşları mərhələli şəkildə və epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul edilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          571 12.09.20 17:49