Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb

Koronavirus pandemiyası ilə əlaqədar uşaqların cinsi istismarı və onlara qarşı zorakılıq halları artıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə “Interpol”un yaydığı hesabatda deyilir.

Bildirilir ki, uşaqların məruz qaldığı cinsi istismar bir çox hallarda COVID-19 pandemiyası fonunda bildirilməmiş qalır.

Bundan başqa, yetkinlik yaşına çatmayanlar arasında təcavüzlə əlaqəli materiallar daha çox yayılıb.

“Həmçinin “darknet” qapalı şəbəkəsində cinsi istismara və uşaqlara qarşı təcavüzə həsr olunmuş forumlarda müzakirələr daha da güclənib”, - deyə qurumdan xəbərdarlıq edilib.

Təşkilat bəzi qanun pozuntuları barədə məlumatların uzunmüddətli gecikmələrlə əlaqədar olaraq həll olunmamış qalmasından da narahatdır. Qurum bunu, digər səbəblərlə yanaşı, insan resurslarının çatışmazlığı, informasiya proseslərinin pozulması və məhkəmələrin bağlanması səbəbi ilə işlərə baxılmasının gecikmələri ilə əlaqələndirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 09.09.20 12:38