Bakıda 28 yaşlı gənci döyərək öldürdülər - Cinayət işi + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıda 28 yaşlı gənci döyərək öldürdülər - Cinayət işi + VİDEO

Bakıda gənci döyərək öldürən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Baku TV xəbər verir ki, 2018-ci il oktyabrın 10-nu səhər saat 4:06 radələrində “103” xidmətinə çağırış daxil olub.

Məlumatda avtobus dayanacaqlarının birində bir nəfərin halının pis olduğu deyilib.

Bildirilib ki, dəmir oturacaqda uzanıqlı vəziyyətdə, 25-30 yaşlarında kişi aşkar edilib. Nə baş verdiyini soruşduqda o, əli ilə yolun əks tərəfini göstərib “pilləkəndən sürüşərək yıxıldığını, bərk əzildiyini və özünü pishiss etdiyini” deyib. Xəstəyə inyeksiya yolu ilə ağrıkəsici dərman vurub, onu xəstəxanaya aparıblar. Dəfələrlə soruşduqdan sonra adının Elçin olduğunu bildirib.

Həmin şəxs əvvəlcə 3 saylı şəhər xəstəxanasına aparılıb. Orada rentgen və digər müayinələrdən keçdikdən sonra onun onurğasından və beynindən xəsarət aldığı məlum olub. Buna görə də həmin şəxs “boynun səthi travması” diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma başlanılıb. Xəstəxanada müalicə alan Elçin Ələkbərov etiraf edib ki, “Ordubad” adlı kafedə musiqi sifarişi üstündə naməlum şəxslərlə aralarında mübahisə yaranıb. Bunun nəticəsində E.Ələkbərov həmin şəxslər tərəfindən döyülüb.

Oktyabrın 12-də Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nizam Məmmədzadə polis idarəsinə gələrək, kafedə tanımadığı şəxsə xəsarətlər yetirdiyini etiraf edib. İstintaqla müəyyən edilib ki, 2018-ci il oktyabrın 10-da gecə saat 3 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafenin ümumi zalında N.Məmmədzadə tanışları Əliəkbər Məmmədzadə, Rəsul İsmayılzadə və qeyriləri ilə birlikdə spirtli içki qəbul edib, musiqi sifariş veriblər. Digər masada tək oturan, əvvəllər tanımadığı E.Ələkbərovun da musiqi sifariş etməsini sintezator ifaçısı onlara bildirdikdə Nizam, əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib. Elçinin üz nahiyəsinə qəflətən yumruqla zərbə vurub, xəsarət yetirib. Kafedə olan müştərilər onları ayırdıqdan sonra E.Ələkbərov aralarında yaranmış narazılığı sakit şəkildə yekunlaşdırmaq üçün N.Məmmədzadəyə çölə çıxmağı təklif edib. Kafedən çıxdıqları vaxt giriş qapısının qarşısında Nizam Elçinin baş nahiyəsinə arxadan yumruqla sarsıdıcı zərbə endirib. Nəticədə E.Ələkbərov oktyabrın 25-də Respublika Neyrocərrahiyə Xəstəxanasında ölüb.

Nizam Elçinə xəsarət yetirərkən boynunun qırılmasını bilməyib və qorxduğu üçün polisə və ya təcili tibbi yardım stansiyasına müraciət etməyib. İki gündən sonra könüllü Xətai RPİ-yə gedib və törətdiyi cinayəti etiraf edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 302 05.09.20 22:04