İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir

“İran Ukrayna ilə birbaşa uçuşların bərpa edilməsinin tərəfdarıdır, lakin Kiyev bununla razılaşmır”.

“Ukrinfo”nun məlumatına görə, bu barədə İran İslam Respublikasının Kiyevdəki səfiri Manuçehr Moradi bəyan edib.

“Təəssüf ki, MAU şirkətinə məxsus təyyarə faciəsindən sonra rəsmi Kiyev İranla Ukrayna arasındakı birbaşa uçuşlar üçün icazəni ləğv etdi və səfirliyin dəfələrlə müraciətinə baxmayaraq, birbaşa uçuşlara icazə verilməsinə razı olmur”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Tehran Ukrayna ilə birbaşa uçuşların bərpasının tərəfdarıdır və münasibətlərin yaxşılaşdırılması üçün fürsət axtarır. Tehran Kiyevdən heç olmasa İran hava yolları vasitəsilə uçuşların həyata keçirilməsini istəyir.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə, yanvarın 8-də Tehran hava limanından havaya qalxarkən vurulub. Hadisə nəticəsində 176 nəfər ölüb. İran təyyarəni səhvən vurduğunu etiraf edib.

İki ölkə arasında hava rabitəsi Ukraynanın təşəbbüsü ilə yanvarın 9-dan etibarən dayandırılıb, “Boeing 737-800” qəzasının səbəbləri aydınlaşana qədər məsələ təxirə salınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 251 31.08.20 23:52