Millət vəkilləri yay tətillərini necə keçirilər? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |    

Millət vəkilləri yay tətillərini necə keçirilər? - VİDEO

Millət vəkilləri əslində iyulun 15-də məzuniyyətə çıxsalar da, növbədənkənar sessiyasının keçirilməsi səbəbi ilə, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

Beləliklə, deputatlar avqustun 7-dən yenidən məzuniyyətə gediblər.

Maraqlıdır, hazırkı pandemiya şəraitində millət vəkilləri harada və necə istirahət edirlər?

Baku TV-nin məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məzuniyyətini Bakıda keçirdiyini bildirib. Məzuniyyətdə olmasına baxmayaraq, millət vəkili jurnalistlərlə intensiv işlədiyini qeyd edib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə məzuniyyətini Ağdaşda keçirir. Millət vəkili Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri olduğu üçün orada da işə çıxdığını deyir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, məzuniyyətdə olmasına baxmayaraq, o da hazırda iş başındadır.

Məlumat üçün bildirək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 097 14.08.20 21:36