Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO

Son günlər Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Aygün Balın “Qaz ilə Göyərçinin əhvalatı” adlı uşaqlar üçün nəzərdə tutulmuş kitabı böyük etiraza səbəb olub.

Kitab Azərbaycanda ibtidai siniflərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Xüsusilə də ikinci, üçüncü və dördüncü sinif şagirdləri üçün daha münasib olduğu deyilir, çünki vəsaitin illüstrasiyası ancaq bu yaş həddində olan uşaqlara uyğundur.

Ekspert Kamran Əsədov Baku TV-yə bildirib ki, bu tipli informasiya heç bir halda uşaqlar arasında yayılmamalıdır.

Bunun çap üçün və ya yaxın qohumlar üçün nəşri önəm daşımır:

“Bu, hətta az sayda çap olunsa belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır, çünki siz bunu hər hansı məhdud çərçivə üçün çap etsəniz də, onun yayılma potensialı genişdir. Bu gün texnologiya inkişaf edib və siz məsuliyyətdən yayına bilməzsiniz ki, az sayda uşaqlar üçün çap etmişəm”.

Ekspertin sözlərindən belə başa düşmək olar ki, ölkədə belə vəsaitlərə qanunvericiliklə məhdudiyyət tətbiq edilməyibsə, nəşri heç bir halda məhdudlaşdırıla bilməz.

Yazıçılar Birliyindən verilən məlumata görə, bununla bağlı nəzarət mexanizmi hələlik yoxdur, amma gələcəkdə bunun olması planlaşdırılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 423 14.08.20 12:37