Mojo.az Banner
13:11 Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi  |     12:55 Sabah Bakıda yağış yağacaq  |     12:45 Azərbaycanda baş memar işdən çıxarıldı  |     12:38 Arayik Arutyunyan və digərlərinə hökm oxunur  |     12:11 Xalq artisti müalicə xərclərini dövlət ödəyir  |     12:08 Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı (FOTO)  |     12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |    
Left Banner
Right Banner

18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO

12.08.2020 12:36 1 780
18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
Ötən il valideynlərinin arzusu ilə 652 balla Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olan 18 yaşlı Lənkəran şəhər sakini Mirənvər İsmayılov seçiminin ürəyincə olmadığını görüb.

Baku TV xəbər verir ki, bir neçə ay Tibb Universitetinin auditoriyasında oturan gənc anidən ürəyinin səsinə qulaq asaraq, ərizə yazıb, ali məktəbdən imtina edir.

Yenidən qəbul imtahanlarına hazırlaşmağa başlayır. Beləliklə, gənc 11-ci siniflər üçün keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum nəticə olan 300 bal toplayıb.

O, nəinki oxuduğu məktəbin, eləcə də, respublikanın maksimum nəticə göstərən abituriyenti olub.

Onun hədəfi isə Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmaqdır.

Qeyd edək ki, Mirənvər İsmayılov ötən il ABŞ universitetlərinə keçirilən qəbul imtahanlarında da yüksək nəticə göstərib. Azərbaycan Tibb Universitetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.скачать dle 11.3