Mojo.az Banner
18:45 Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı (Video)  |     18:40 İranda 56 nəfər casusluq ittihamı ilə saxlanıldı - YENİLƏNİB  |     18:34 Müşviqabad hövzəsində kanalizasiya kollektorları tikilir - VİDEO  |     18:29 İraqa səyahət etməyin! - Türkiyə xəbərdarlıq etdi  |     18:22 Yəhudi məktəbində partlayış oldu - Amsterdamda  |     18:17 Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     18:11 Formula 1 Çin Qran-Prisində qalib məlum oldu  |     18:04 "Bitcoin" və "Ethereum"un dəyəri artır  |     17:52 Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu  |     17:44 Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi  |     17:42 Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb  |     17:40 Bakıda ailədaxili münaqişə QANLA BİTDİ - Saxlanılan var  |     17:33 Samvel Karapetyan ev dustaqlığında qalacaq  |     17:32 Kirayə müqaviləsi olmayanları nə gözləyir? - Video  |     17:23 Şri-Lanka 84 iranlı dənizçinin qalıqlarını geri qaytardı  |     17:12 Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV OLUNDU  |     17:06 Millimiz FIBA Çempionlar Kubokunda növbəti matça çıxdı  |     16:54 Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi  |     16:42 Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ  |     16:25 Aİ-nin xüsusi nümayəndəsi: "Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir"  |    
Left Banner
Right Banner

Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb - FOTO

05.08.2020 16:59 2 415
Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb - FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə COVID-19-un yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb.

Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək, küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.

Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilib və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





скачать dle 11.3
Mojo.az Banner