Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

14.03.2026 17:52 495
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
"Instagram"da nalayiq ifadələr işlədənlər həbs olunublar.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də "TikTok" sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.скачать dle 11.3
Mojo.az Banner