Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı (Video)

14.03.2026 18:45 384
Bakıda qəribə dələduzluq:
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir.

Onun sözlərinə görə, əvvəlcə avtomobili "oğurluq" adı ilə əlindən alınıb, sonra isə həmin maşın ona yenidən satılıb. Nəticədə şikayətçi həm avtomobillərini, həm də külli miqdarda vəsaitini itirib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Şikayətçi Əli Əlibagei məsələ ilə bağlı bunları bildirib:

"2020-ci ildə İrandan gəldim və iş qurmaq üçün iki yük maşını aldım. Birinci maşını 38 min manata öz adıma rəsmiləşdirmişdim. İkinci maşını alanda Arzu Nurayeva adlı şəxs gələrək avtomobilin oğurluq olduğunu iddia etdi və onu apardı. Bir neçə gün sonra isə geri qayıdaraq həmin maşını mənə satmaq istədiyini dedi. Özünü bank işçisi kimi təqdim edərək, 'Narahat olma, borcunu ödəyərsən' dedi. 13 min manata razılaşdıq və hər ay 1 300 manat ödəyəcəyimi bildirdi.

Artıq üç maşınım var idi. Bir neçə ay sonra Arzu xanım maşınları öz adına keçirməyimi tələb etdi. Kreditin bitməsinə cəmi 1 000 manat qalmışdı. Türkiyəyə gedib qayıdanda öyrəndim ki, maşını Arzu xanım aparıb. Səbəb kimi borcun gecikməsini göstərərək maşını satdığını bildirdi. Etiraz edəndə isə pulumu geri verməyəcəyini dedi.

Nəticədə mən həm birinci, həm də digər avtomobillərimi itirdim. Arzu xanım mənə hədə-qorxu gələrək, "Gör sənin başına nə oyunlar açacağam" deyirdi. Bu hadisələr nəticəsində, ümumilikdə, 110 min manata yaxın zərərə düşmüşəm".скачать dle 11.3
Mojo.az Banner