2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |    

2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq - RƏSMİ

Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.

Oxu.Az-ın xəbərinə görə, gələn il keçiriləcək beş Premyer Liqa yarışından (bu il bu yarışın sayı altı idi – red.) biri – ikincisi Bakıda baş tutacaq. Bu yarış 12-14 mart tarixlərində təşkil olunacaq.

Digər Premyer Liqa yarışları Lissabon (19-21 fevral), Rabat (9-11 aprel), Daşkənd (3-5 sentyabr) və Moskvada (1-3 oktyabr) keçiriləcək. Bunlardan Mərakeş və Rusiyadakı yarışlar istisna olmaqla, Premyer Liqa bu ölkələrdə ilk dəfə baş tutacaq.

Lakin Bakıdakı yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırmayacaq. Belə ki, Rabatdakı Premyer Liqa, İsveçin Yöteborq şəhərindəki Avropa çempionatı (12-16 may) və Fransanın paytaxtı Parisdəki Təsnifat turniri (11-13 iyun) lisenziya xalı qazandıran yarışlar olacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə karate üzrə Premyer Liqa yarışı keçiriləcəyini Oxu.Az məlumat vermişdi. Bildirmişdik ki, BƏƏ-nin Dubay şəhərində 2021-ci ildə dünya çempionatı keçiriləcəyindən, fevralda bu ölkədəki Premyer Liqa yarışı Bakıya veriləcək. Azərbaycanda ənənəvi olaraq keçirilən “Baku Open Karate” yarışı isə gələn Premyer Liqa ilə təşkil olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            732 03.08.20 23:24