Bu dəfə Əlcəzair vətəndaşı Belçikada Corc Floydun taleyini yaşadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |    

Bu dəfə Əlcəzair vətəndaşı Belçikada Corc Floydun taleyini yaşadı

Əlcəzair vətəndaşı Belçikada polis tərəfindən tutulduqdan sonra ölüb.

“Anadolu” agentliyi bu xəbəri Əlcəzair Xarici İşlər Nazirliyiniin açıqlamasına istinadla yayıb.

Bildirilir ki, polis tərəfindən tutulduqdan sonra vəfat edən 29 yaşlı vətəndaş Kadiri Rıza Əbdürrəhmanın ölümünü aydınlaşdırmaq üçün tədbirlər görülür.

Sosial mediada Əbdürrəhmanı yerə uzadaraq kürəyini və boynunu sıxan iki polis məmurunun görüntüsü paylaşılandan sonra bunun ikinci Corc Floyd hadisəsi olması ilə əlaqədar şərhlər başlayıb.

Əlcəzair və Belçika mətbuatında yayımlanan xəbərlərdə qeyd edilir ki, Əlcəzair əsilli Əbdürrəhman polis nəzarətindən qısa müddət sonra xəstəxanada ölüb.

Əlcəzairli gəncin anası Züleyxa Zeytuni Belçika polisini oğlunu öldürməkdə günahlandırır.

Xatırladaq ki, ABŞ-da mayın 25-də afroamerikalı Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin onun qoluna qandal vurub yerə yıxaraq dizi ilə boynunu sıxması nəticəsində o, xəstəxanada həyatını itirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 201 24.07.20 11:19