Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün - VİDEOREPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün - VİDEOREPORTAJ

Koronavirusla əlaqədar sərhədlərin bağlanması, bunun nəticəsində ölkəmizin hüdudlarından kənarda hər birimizin doğmalarının, əzizlərinin, ümumilikdə həmvətənlərimizin qalması, əlbəttə ki, hamımızı düşündürür və qayğılandırır.

Rusiyadan ölkəmizə keçmək istəyən və sərhəddə çətinliklərlə üzləşən soydaşlarımızın videogörüntüləri, onlar haqqında yayılan xəbərlər, demək olar ki, bütün sosial mediada əsas gündəm mövzusuna çevrilib.

Baku TV əməkdaşları məsələ ilə yerindəcə tanış olmaq üçün məhz həmin məkana – ölkəmizin Rusiya Federasiyası ilə sərhədinə gediblər.

Rusiya ilə Azərbaycan arasındakı Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsindən ölkəmiz istiqamətində hərəkət edən avtobuslarla Dağıstanın Məhərrəmkənd rayonunun Kullar kəndindəki çadır düşərgələrində yerləşdirilmiş 250 həmvətənimizin növbəlilik əsasında ölkəmizə keçidi təmin edilir.

Vətəndaşlar avtobusdan düşdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin olunurlar. Bundan sonra piyada keçid xəttinə yollanırlar. Əgər soydaşlarımızda qızdırma aşkar edilməzsə, növbəti prosedur pasportların qeydiyyata alınması və yüklərin yoxlanması olur.

Vətəndaşlar ölkə ərazisinə tam daxil olduqdan sonra sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilir.

Qeyd edək ki, vətəndaşlar burada bir həftəlik karantində qalırlar. Bir həftə ərzində nazirliyin tibb mərkəzi tərəfindən müayinələrdən keçirilir, həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən test nümunələri götürülür. Əgər testin nəticələri neqativ çıxarsa, vətəndaşlar öz evlərinə yola salınırlar.

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizatla bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Elə vətəndaşlar da yaradılan şəraitdən, ölkəyə qayıtmalarından olduqca məmnundurlar.

“Biz prezidentimizdən, dövlətimizdən çox razıyıq. Mayın 8-dən orada idik. Bizdən analiz götürdülər. Analizin cavabı neqativ çıxandan sonra bizi çadır düşərgəsində yerləşdirdilər. Burada da analiz təkrarlandı”, – deyə vətəndaşlardan biri öz təşəkkürünü bildirir.

“Çox sağ olsun prezidentimiz. Bizim vətənə qayıtmağımızı təmin etdi. Buraya gətirildik. Qidalanma təminatı da yaxşıdır. Orada çox əziyyət çəkirdik. Sonradan oraya bizim hərbçilərimiz gəldi. Qidalanma problemimiz həllini tapdı. Qeydiyyata düşdük, çadırlara yerləşdirdilər. Çoxdandır orada idim.

Martın 17-də keçmişdim, 25-i geri qayıtmaq istədim, gələ bilmədim. Bu vaxta kimi orada-burada qalırdıq. Çox sağ olsunlar ki, bizi növbəyə aldılar, bura gətirdilər”, – başqa bir həmvətənimiz qeyd edir.

“Dövlət başçımız sağ olsun ki, bizə belə kömək göstərdi, bizi öz torpağımıza gətirdi. Hər şey yüksək səviyyədədir. Burada özümüzü ev şəraitində hiss edirik. Vətənin o qədər şirinliyi var ki, zəhəri də bal dadır”.

Baku TV olaraq çalışdıq ki, soydaşlarımızla yerindəcə həmsöhbət olub, düşüncələrini birbaşa elə onların özlərindən eşidək.

Arzumuz budur ki, sərhədin o tayında qalan digər həmyerlilərimiz də elə bu vətəndaşlarımız kimi tezliklə sağ-salamat öz ev-eşiklərinə, doğmalarına qovuşsunlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 08.07.20 17:02