İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə davam edir. Təəssüf ki, həkimlərin və hökumətin səylərinə baxmayaraq, yoluxanların sayı hər gün 500 nəfərdən çox təşkil edir. 5 iyul 2020-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 20 324 nəfərdə COVID-19 infeksiyası təsdiqlənib. İndiyə qədər 11 742 nəfər sağalıb, 250 nəfər ölüb, 8 332 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

Media.Az V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Parazitar Xəstəliklər Klinikasının baş həkimi, klinik ordinator Afət Əkbərova ilə söhbət edib.

Onun sözlərinə görə, tədqiqat institutunun həkimləri ilk günlərdən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə iştirak ediblər.

"Əməkdaşlarımız ilk cavab verənlərdən oldu; əvvəlcə könüllü olaraq karantində olan xəstələr arasında maarifləndirmə işləri apardılar və sonradan birbaşa koronavirus xəstələrinin müalicəsində iştirak etdilər. Şəxsən mənə gəlincə, martın 1-də Yoluxucu Xəstəliklər Klinikasının baş həkimi Nərgiz Əliyeva ilə Cəlilabad şəhərinə göndərildim. Sonra Qobustan Mərkəzi Rayon Xəstəxanasına uzun ezamiyyət oldu, hazırda Mərkəzi Gömrük Hospitalında çalışıram. Bu tibb müəssisəsi, bildiyiniz kimi, yaxın dövrlərdən xüsusi rejimli xəstəxanaya çevrilib. Ancaq biz - müxtəlif ixtisaslardan yüksək peşəkarlığa malik həkimlərdən ibarət qrup - artıq bir çox sağalmış insanı evinə yola salmışıq”.

Onun sözlərinə görə, epidemiya davam etdiyi üçün boşalmış çarpayılar yeni gələn xəstələrlə dolur:

"Hazırda heç bir yaş fərqi yoxdur. Hər şey komorbid fondan, yəni müxtəlif yanaşı xəstəliklərin mövcudluğundan, xəstəliyin müddətindən və xəstənin həkimlərin tövsiyələrinə nə dərəcədə riayət etməsindən asılıdır”.

Virusun bu dövrdə mutasiyaya uğrayıb-uğramadığı barədə suala cavab olaraq, o, xəstəliyin davam etdiyini və əvvəlki aylarla müqayisədə daha ağır şəkildə olduğunu əminliklə söyləyib.

"Bu, mutasiyaya uğramış virusun aqressivliyi ilə izah olunur”, - deyə, A.Əkbərova sözlərini yekunlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 321 06.07.20 23:27