Bu gün Böyük Britaniyada pablar və restoranlar müştərilərin üzünə açılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bu gün Böyük Britaniyada pablar və restoranlar müştərilərin üzünə açılıb
Bu gündən başlayaraq Böyük Britaniyada üç aydır davam edən sərt karantin rejimi aradan qaldırılır.

TASS xəbər verir ki, ölkədə aylardır bağlı olan pablar, kafe və restoranlar açılıb, bərbər salonları, kitabxanalar, kilsələr, kinoteatrlar işə başlayıb, hotellər qonaqları qəbul edib.

Həmçinin, insanların biri-birinin evinə qonaq getmək qadağası da ləğv olunur.

Bu gün Böyük Britaniyada dərc edilən qəzetlərin əksəriyyəti hadisəni “Böyük Şənbə” başlığı ilə qeyd edib.

Son məlumata əsasən, Böyük Britaniyada 284 276 nəfərin COVID-19 virusuna yoluxduğu aşkar edilib. 44 131 xəstə pandemiyanın qurbanı olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          411 04.07.20 21:32