BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ

“Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından artıq neçənci dəfədir COVID-19-a qarşı test nümunələri götürülür, bu, ilk dəfə deyil”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, mütəmadi olaraq əməkdaşlardan COVID-19-a qarşı test götürülür:

“Burada heç bir qeyri-adi hal yoxdur. Bu, pandemiya dövründə tətbiq edilən prosedur qaydasıdır. Fəaliyyətimizlə əlaqədar olaraq daim ərazilərdə, reydlərdə oluruq. İşçilərin sağlamlığının qorunması məqsədilə bu tədbirlər görülür. Bu günə qədər aparılan testlərdə heç bir əməkdaşımızda koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Xatırladaq ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən orada çalışan 50-yə yaxın əməkdaşdan koronavirus testi götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət ünvanlandığına dair məlumatlar yayılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 127 04.07.20 14:29