Suraxanıda 41 yaşlı kişini öldürən şəxs axtarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |    

Suraxanıda 41 yaşlı kişini öldürən şəxs axtarılır

İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq öldürülüb.

Suraxanı Rayon Prokurorluğundan Qafqazinfo-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 041 03.07.20 15:05