Koronavirusla əlaqədar sentyabrın 1-dək Azərbaycandan çıxarılmasına məhdudiyyət qoyulmuş malların SİYAHISI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Koronavirusla əlaqədar sentyabrın 1-dək Azərbaycandan çıxarılmasına məhdudiyyət qoyulmuş malların SİYAHISI

Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Qərarda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Dəyişikliyə əsasən daha əvvəl iyulun 1-nə qədər nəzərdə tutulmuş məhdudlaşdırma sentyabrın 1-nə qədər uzadılıb.

Bundan əlavə, sözügedən məhsulların siyahısında dəyişiklik edilərək yeni siyahı təsdiqlənib.

Siyahıya aşağıdakı mallar daxildir:

- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

- Dezinfeksiyaedici vasitələr

- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

- Baxillər

- Steril və qeyri-steril əlcəklər

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

istehsalında istifadə olunan parçalar

- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

tənəffüs aparatı

- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 166 30.06.20 20:49