Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının həcmi 1 milyon tona çatdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |    

Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının həcmi 1 milyon tona çatdırılacaq

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri arasında telefon danışığı baş tutub.

Median.Az xəbər verir ki, bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə telefon danışığında nəqliyyat, yük tranziti, hava nəqliyyatı kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat mübadiləsi aparıblar.

Tərəflər koronavirus pandemiyasının yayılmasına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınmasının müsbət dinamikasını qeyd ediblər.

Belə ki, son bir ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil yolu ilə yük daşınmasının həcmi təxminən 22 min ton təşkil edib. Qazaxıstanın dəmir yolu ilə tranzit yüklərin həcmi 32% artaraq, 38,66 min ton təşkil edib. Ötən ilin aprel ayında Aktau-Bakı fider xəttinin açılması ilə əlaqədar olaraq, 2019-cu ildə konteyner daşımalarının həcmi 14,7 min iyirmi fut ekvivalentindən 24,8 İFE qədər artıb.

Qeyd etmək lazımdır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Qazaxıstan vətəndaşlarının vətəninə qayıtması istisna olmaqla, Aktau və Kurık dəniz limanları ilə sərnişin daşınmasına müvəqqəti qadağa tətbiq edilib. Bununla belə, yük daşınması həmişəki kimi həyata keçirilir. Bu ilin altı ayında daşımaların 1 milyon tona çatdırılması proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Tərəflər, həmçinin ölkələrdəki və dünyada baş verən epidemioloji vəziyyəti nəzərə alaraq, cari ilin avqustun 1-dən sonra iki ölkə arasında uçuşların bərpa olunmasını nəzərdən keçirmək qərarına gəliblər.

Ölkələr arasında mövcud razılaşmalara əsasən, hər iki istiqamətə həftədə 16 sərnişin və yük uçuşunun həyata keçirilməsinə icazə verilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən əvvəl Qazaxıstan aviaşirkətləri (“Air Astana”, SCAT) ilə həftədə 13 uçuş həyata keçirirdi. Azərbaycan aviaşirkətləri (AZAL, “Silk Way West”) ilə həftədə 5 uçuş həyata keçirilirdi.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 026 24.06.20 16:20