Azərbaycanda nazirlik əməkdaşları arasında koronavirusa yoluxanlar var - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |    

Azərbaycanda nazirlik əməkdaşları arasında koronavirusa yoluxanlar var - RƏSMİ

Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında koronavirusa yoluxma halları müşahidə edilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər:

“Təəssüflə bildirək ki, görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, FHN əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Bu əməkdaşların böyük hissəsi artıq sağalaraq xidmətə qayıdıb, qalanların isə müvafiq qaydada müalicəsi davam etdirilir.

Bu səbəbdən də Nazirliyin inzibati binalarında və xidməti ərazilərində əməkdaşlar arasında sosial məsafənin qorunmasına, qoruyucu maskalardan istifadə və sanitar-gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət həyata keçirilir.

Bundan əlavə, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Nazirliyin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır, binaya daxil olan hər kəsin gündəlik hərarəti ölçülür. Əməkdaşlar arasında yoluxma ilə bağlı hər hansı şübhə yarandıqda isə dərhal test götürülür”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 055 23.06.20 19:28