Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Xalq artisti: “Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi” - VİDEO

“Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım. Sonra “Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:

“Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.

Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsən mən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 693 20.06.20 20:43