Azərbaycanda qeyri-adi hadisə: Dayısı qızını qaçırdığına görə iki dəfə həbs olundu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda qeyri-adi hadisə: Dayısı qızını qaçırdığına görə iki dəfə həbs olundu - VİDEO

Dayısı qızını ailə qurmaq məqsədilə qaçırmış Namiq Həsənov ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edilib.

ARB TV-nin “Rezonans” proqramında İmişli rayonunun Əlipənahlı kəndində anadan olan məhkum öz həyat hekayəsini danışıb.

N.Həsənov ailə qurmaq arzusunu və başına gələnləri belə şərh edib:

“Atam, anam qocalıb. Onlar məndən soruşdu ki, kiminlə ailə qura bilərsən? Mən də anama dedim ki, qardaşın qızı ilə ailə qura bilərəm. Qız da razı idi. Mən də götürüb qaçdım, dayımın həyat yoldaşı məni tutdurdu. Məni dörd il azadlıqdan məhrum etdilər. Baxmayaraq ki, hər iki tərəf bu izdivaca razı idi. Lakin son anda dayım qızı fikrindən daşındı və dedi ki, məni zorla qaçırıb. Ona görə həbs olundum.

Həbsdən çıxandan sonra barışdıq, dayımın yoldaşı dedi ki, qız sənindir. Sənə görə qızı heç kimə verməmişəm. Dedi ki, ev-eşik düzəlt, qızı götür, apar. Gözüm dayım qızını tutmuşdu, ona görə də getdim Rusiyaya, özümə şərait qurdum, pul qazandım. Əti də, qanı da özümüzünküdür deyə, gözüm ondan başqasını görmədi.

Orada rus qızları da var idi, azərbaycanlı qızlar da. Rusiyadan pulla gəldim, özümə ev-eşik qurdum. Gələndə qızıl saat, telefon da gətirmişdim. Qız özü məni məcbur etdi ki, anam yoxdur, gəl, qaçaq. Mən də qaçırdım. Sonra gəldim şöbəyə, dayımın arvadı dedi ki, mənə deməmiş niyə qızı qaçırmısan? Məni yenə həbs elədilər, bu dəfə yeddi il. Sonra peşman oldum ki, gərək ağsaqqal-ağbirçəklə elçi gedərdik, el adəti ilə toy edərdik.

Amma indi peşman deyiləm, çünki dayım qızı demişdi ki, mənlikdir, gəl, qaçaq. Mən də onun dediyi kimi etdim. İndi də məktublaşırıq, o gün yanıma da gəlmişdi. Özünə dedim ki, yalnız mən öləndən sonra sən başqası ilə ailə qura bilərsən. Nə qədər ki mən sağam, həbsdən çıxandan sonra sən mənim ailəmsən.

Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacağam. Ağsaqqal göndərəcəyəm ki, nə edirlər-etsinlər, o qızı mənə alsınlar. Düzdür, onlar da əsəbiləşiblər, bizimkilər də əsəbiləşiblər. Hətta onlar barışmaq istədilər, mənim ailəm barışmadı ki, oğlumuzu yeddi il həbs etdirmisiniz.

Mən özümü geridə qalmış insan kimi hiss edirəm. Çünki mənim də ailəm olmalıdır, hamı kimi yaşamalıyam, uşaqlarım olmalıdır. Buradakı məhbusların yanına ailələri, uşaqları gələndə mən onlara baxıb alçalıram.

Həbsxanadan çıxandan sonra dayım qızını el adəti ilə verməsələr, daha edəcək heç nə yoxdur. Onunla ancaq o dünyada görüşəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 312 16.06.20 17:23