DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |    

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində yerləşən marketlər və ticarət obyektləri bu gecə 00:00-dək fəaliyyət göstərə bilər.

Bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, hazırda marketlərin və digər ticarət obyektlərinin fəaliyyətində hər hansı bir məhdudiyyət yoxdur: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həmin obyektlərin fəaliyyəti iyunun 6-sı gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılacaq”.

E. Zahidov həmçinin qeyd edib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər:

"Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları iki gün evdə oturmağa, küçəyə çıxmamağa çağırırıq. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yerini və olduğu yeri tərk etmək qadağan olunub. Həmin qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə polisin mağazalara və digər ticarət obyektlərinə bu gün saat 14:00-dan sonra fəaliyyət göstərməsinə icazə vermədiyi haqda məlumatlar yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 207 05.06.20 16:15