Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 İranda silahlı hücum - 3 polis öldürüldü  |     13:38 İlin ikinci Günəş tutulmasının tarixi açıqlandı  |     13:31 Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi  |     13:27 Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına MƏHDUDİYYƏT QOYULDU  |     13:26 Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib  |     13:25 Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir (Yenilənib)  |     13:23 Vəkillik üçün tələb edilən iş stajının müddəti üç ildən bir ilə endirilir  |     13:22 Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə özlərini müdafiə edə biləcəklər  |     13:06 Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi  |     12:29 Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaya görə cərimələr dəyişir  |     12:23 Ölkə ərazisində bir neçə restoran sahibi cərimələndi - SƏBƏB  |     12:19 Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu - Foto  |     12:17 Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır  |     12:15 Bakıda məktəbdə summativ pulu yığılır? - İDDİA (Video)  |     12:11 Bakıda böyük dəyişiklik BAŞLAYIR: Hansı ərazilər yenidən qurulacaq? - Video  |     12:08 Azyaşlı övladının Fransada əllərindən alındığı azərbaycanlı ana DANIŞDI - Video  |     11:49 Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – Video  |     11:47 Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı (Foto / Video)  |     11:43 Qohumunun evindən oğurluq edərək özünə MAŞIN ALDI  |     11:28 AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO  |    

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

DİM-dən verilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir:

“Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq, “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.

“Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, “Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər.

Ona görə də bir daha tövsiyə edirik ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin. Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyun ayının 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

Məlumatda bildirilir ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib:

“Digər bir müraciətimiz 6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər”.

3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 084 03.06.20 19:43