Polis Bakıda ər-arvada hücum etməkdə şübhəli bilinənlərin izinə düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |    

Polis Bakıda ər-arvada hücum etməkdə şübhəli bilinənlərin izinə düşdü

Bakının Binəqədi Rayonu Polis İdarəsinin əməkdaşları mayın 26-sı gecə saatlarında ər-arvada hücum edərək, onların pulunu oğurlamaqda şübhəli bilinənlərin kimliyini müəyyənləşdirib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, üç naməlum şəxs pəncərədən 1992-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə daxil olub. Onlar yatan ər-arvada hücum edərək, 1994-cü il təvəllüdlü Fatimə Fətullayevanın ayaqlarını yapışqan lentlə, onun ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyüb və evdən 2700 manatı götürərək qaçıblar.

Məlum olub ki, hadisəni 1979-cu il təvəllüdlü Şabran rayon sakini Taleh Qurbanov və Nurlan adlı şəxs törədib. T.Qurbanov bundan əvvəl soyğunçuluq, odlu silah saxlanılması və narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda əməliyyat axtarış qrupu cinayətkarların tutulması istiqamətində işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 813 03.06.20 15:11