Mojo.az Banner
22:53 Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq - Paşinyan  |     22:48 Ramiz Mehdiyevin köməkçisi həbsdə qaldı  |     22:41 Sabahdan musiqi müəllimlərinin attestasiyasına başlanır  |     22:36 Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı  |     22:30 "Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur" - Deputat  |     22:24 Bələdiyyələrin qanunsuz torpaq sahələrini mülkiyyətə verməsi halları müəyyənləşib  |     22:17 Ana iki övladını 5-ci mərtəbədən atdı - Qazaxıstanda  |     22:09 Reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb  |     22:03 Azərbaycanda qeydiyyatda olan 11 mindən çox QİÇS xəstəsi var  |     21:56 Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib  |     21:50 Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı  |     21:38 Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək  |     21:27 İş adamı Vüqar Yusifov Azərbaycana gəlmək istəyərkən Rusiyada saxlanıldı  |     21:17 Əli Kərimlinin həbs müddəti uzadıldı  |     21:11 Fəzail Ağamalı vəfat etdi  |     21:04 "SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...  |     20:58 Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan  |     20:51 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     20:46 Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi  |     20:40 200 minlik qalmaqal: "Dəmir Yumruq-44-52"nin direktoruna hökm oxundu  |    
Left Banner
Right Banner

Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI

02.06.2020 14:49 4 430
Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI
İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən “İl” marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən naməlum şəxslərin mağazanın seyfindən 40 498 manat oğurladıqları məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3 (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hələlik şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməsə də, bu istiqamətdə işlər davam etdirilir.скачать dle 11.3