Mojo.az Banner
23:01 Tramp: "ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir"  |     22:53 Süni intellektlə gəlir qazanmaq: Real fürsətlər və risklər  |     22:47 Bu ölkələr sərhədlərini açdı  |     22:38 Röya keçmiş əri ilə bağlı xahiş etdi  |     22:33 Macarıstanda arxeoloqlar Roma dövrünə aid daş sarkofaq tapıblar  |     22:27 Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi - Bakıda dəhşət saçan CİNAYƏT  |     22:19 “Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf  |     22:14 Bu məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi  |     22:07 Ukrayna XİN: "Rusiya tankerinə hücumla heç bir əlaqəmiz yoxdur"  |     22:00 Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək  |     21:52 "Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırdı  |     21:47 Qəzzada daha bir jurnalist həlak oldu  |     21:41 Misirə vizanın qiyməti artıb  |     21:36 Rusiya Prezidenti: Avropa müharibəyə başlasa, bu dəqiqə döyüşməyə hazırıq  |     21:30 Ödənişli yolda quraşdırılan yeni radarlar hansı texniki göstəricilərə malikdir? - Video  |     21:12 Azərbaycanda daha 40 nəqliyyat vasitəsi özəlləşdirilib  |     20:54 Turistlər üçün dünyanın ən təmiz şəhərləri  |     20:45 "Bakı Metropoliteni" bəzi xidmətlərin ixtisaslaşmış şirkətlərə verildiyini açıqlayıb  |     20:41 Məşhur iranlı rejissor həbsxanaya göndərildi  |     20:36 Xırdalanda kişi namaza görə arvadını döyüb dişlərini sındırdı  |    
Left Banner
Right Banner

Qaydalara məhəl qoymadan işləyən kafe aşkarlanıb - VİDEO

22.05.2020 14:07 3 304
Qaydalara məhəl qoymadan işləyən kafe aşkarlanıb - VİDEO
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığına əsasən, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonunda xidmət göstərən kafe, restoran və çay evləri səhər saat 8-dən axşam saat 18:00-a qədər fəaliyyət göstərə bilər. Ancaq qaydalara məhəl qoymayan ictimai iaşə obyektləri də var.

Baku.TV-nin əməkdaşları Sumqayıt şəhərində axşam saat 21:00 radələri olmasına baxmayaraq, müştəri qəbul edən restoran aşkarlayıblar.

Görüntülər şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində fəaliyyət göstərən “Alenia” restoranında qeydə alınıb.

Axşam saatlarında kafe qanunlara məhəl qoymadan tam heyətlə işinə davam edir. Gələn müştərilərə “qapımız açıqdır” deyərək, onları ürəkləri istədikləri yerdə əyləşdirirlər.

Çəkiliş apararkən bəzi müştərilər tələsik avtomobillərinə əyləşərək restoranı tərk ediblər.

Özünü təqdim etmək istəməyən restoran sahibi isə müxtəlif bəhanələr gətirərək, “cavan uşaqlardır, yox deyə bilmirik” söyləyərək, özünə haqq qazandırmağa çalışıb.



скачать dle 11.3