ABŞ-da koronavirusa yoluxanların sayı 1,4 milyonu ötdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


ABŞ-da koronavirusa yoluxanların sayı 1,4 milyonu ötdü
Pandemiya ərzində ABŞ-da koronavirusdan ümumilikdə 85 mindən çox insan ölüb.

Median.Az
xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatlarına görə, ABŞ ərazisində koronavirusa 1 milyon 405 min yoluxma qeydə alınıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 84 min 985 nəfər təşkil edir. ABŞ hər iki göstərici üzrə dünyada liderliyini saxlayır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          574 14.05.20 22:56