Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir

11.05.2020 19:51 3 369
Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir
Karantin rejiminə əməl etmək lazım gəldiyi dövrdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatlıq, məşğuliyyətin olmaması daha çox yeməyə sövq edir. Bu, nəticədə həm artıq çəkiyə, həm də sağlamlığın pozulmasına aparıb çıxarır. Qeyd edək ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.

Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Artıq çəkinin olması immun sistemini bir qədər aşağı salır, çünki yağ toxumaları nə qədər çoxdursa, immun sistemi o qədər də zəif olur. Ona görə gün ərzində üç dəfə smuzilərdən istifadə etmək bu sahədə müsbət nəticə verər. Smuzi qəbulu həm metabolizmi yaxşılaşdırır, həm qalxanvarı vəzin fəaliyyətini yüksəldir, həm də artıq çəkidən azad edir".

O deyib ki, orqanizmi yığılan yağlardan, toksin və şlaklardan təmizləmək üçün də smuzilər çox faydalıdır :"Həmin içki xolesterinin səviyyəsini aşağı salaraq gümrahlıq yaradır. Məsələn, smuzilərdən birinin hazırlanam resepti belədir. Ananas soyulur, quşüzümü, çiyələk, qreypfrut, ispanaq, cəfəri və üzərinə 1 stəkan soyuq su əlavə edilərək şirəçəkəndə çəkilib içilir.

Smuzilər qədər faydalı olan detoks sular çəki atmaq, immun sistemini gücləndirmək, bədənin qələvi balansını qorumaq və enerjini artırmaq üçün çox faydalıdır. Həmin detoksu gün ərzində su əvəzinə qəbul etmək məsləhətdir. Detoks çayı ananas qabığı, 1 çay qaşığı limon şirəsi, alma sirkəsi, 10-15 ədəd mixək və qara istiot dənələri ilə hazırlamaq olar".

Düzgün qidalanmaq həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, maddələr mübadiləsinin dolğun fəaliyyətini təmin edərək bir sıra xəstəliklərin qarşısını almağa imkan yaradır. Unutmaq olmaz ki, düzgün qida rasionu enerji mənbəyidir.

Son xəbərlər