Mojo.az Banner
15:43 Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO  |     14:36 Ağstafada "TikTok" üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU  |     14:32 Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü  |     14:18 Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı  |     14:09 Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO  |     14:06 "Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB  |     13:51 Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir  |     13:51 Əməkdar jurnalist vəfat etdi  |     13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |     13:35 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:24 Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT  |     13:23 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI  |     13:17 Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO  |     13:11 Tayvan sahillərində güclü zəlzələ baş verib  |     23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |    
Left Banner
Right Banner

Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir

19.04.2021 22:48 1 824
Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir
Qoz, şabalıd, fındıq, fısdıq süfrələrimizin əvəzolunmaz neməti sayılsa da, qədərindən çox istifadə olunanda orqanizmə təsirsiz ötüşmür və artıq çəki problemi yaradır. Həmin hallarla üzləşməmək üçün bir sıra qaydaları gözləmək lazımdır.

Median.Az
Azərtac-a istinadən bildirir ki, həkim-diyetoloq Səfa Yadigarova çərəzlərlə qidalanma qaydası barədə deyib: "Çərəzlərin qədərindən artıq qəbul edilməsi artıq kilolara səbəb olmaqla yanaşı, allergik proseslər - üzdə səpgi, qaşınma və bağırsaq problemləri yarana bilər. Çərəzlər faydalı qidadır, lakin onun hansı miqdarda qəbul etməyi bilmək lazımdır. Gün ərzində 6 ədəd qoz ləpəsi, 15-20 ədəd badam, 5-6 ədəd yapon qozu, 15 qram balqabaq toxumu, 40 qram püstə istifadə etmək olar".

Çərəzlərə quru meyvələr də daxildir. Mütəxəssislərin dediyinə görə, bəzi quru meyvələr, xüsusilə də xurma qanda şəkərin miqdarını artıra bilər. Bundan başqa çərəzlərin kalorisi də çox yüksəkdir. Ona görə də onların normadan artıq qəbulu çəki artımına səbəb olur.

"Elə quru meyvələrdən istifadə olunmalıdır ki, onların hazırlanmasında şəkərdən istifadə olunmasın. Quru meyvələr say ilə, çərəzlər isə qramla - gün ərzində təxminən 30-40 qram yeyilə bilər. Məsələn, gündə 2 xurma qurusu, 3 qaysıdan artıq qəbul edilməsi məsləhət görülmür. Qara gavalı arıqlama mərhələsində çox faydalıdır. Qəbizliyə meyilli olanlar və bağırsaq problemi ilə üzləşənlər onu isladılmış formada istifadə edə bilərlər", - deyə həkim-diyetoloq bildirib.

Sümükləri möhkəmlədən, yaddaşı gücləndirən, ürək-damar xəstəliklərinə müsbət təsir göstərən və xərçəng riskini azaldan çərəzlər çiy halda qəbul edilməlidir, çünki qovrulan çərəzin qida tərkibi dəyişikliyə məruz qalır, içərisində olan yağ trans yağa çevrilir. Onları qovuran zaman dadlandırmaq üçün duzdan da istifadə etmək məsləhət görülmür, çünki qədərindən artıq duz da orqanizm üçün çox zərərlidir.скачать dle 11.3
Mojo.az Banner