Mojo.az Banner
SON DƏQİQƏ
17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş...

27.05.2019 22:41 2 769
Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş...
Hazırda alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, qida mütəxəsissləri qeyd edir ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər.

Tərkibində təxminən 20% nəmlik olan təzə xurmalarda 60-65% şəkər və 2% zülal, quru xurmalarda isə 75-85% şəkər mövcuddur. 100 qr təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir.

Ümumiyyətlə xurmanın tərkibində orqanizm üçün faydalı olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, magnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12 ) mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Həmçinin, xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır.

Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir. Süd verən anaların xurma qəbul etməsi onlarda süd hormonlarını aktivləşdirir və südün çoxalmasını təmin edir.скачать dle 11.3

Son xəbərlər