Mojo.az Banner
17:53 Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR (Video)  |     17:43 Azərbaycanda MƏŞHUR GENERALLAR vəzifədən azad edildilər - FOTO  |     17:33 İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi  |     17:16 Qurban Qurbanov: "İmişli" ilə oyunda vacib qələbə qazandıq"  |     17:06 Sabah yağış qısamüddətli intensivləşəcək - XƏBƏRDARLIQ  |     17:01 Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı  |     16:45 Azərbaycanda polkovnik vəfat etdi  |     16:28 Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ (Yenilənib)  |     16:15 Tanınmış aparıcı televiziya karyerasını bitirdi  |     16:13 Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb  |     15:56 Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi açıqlama (Video)  |     15:47 Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş (FOTO)  |     15:40 "Azərbaycanda at ətinin satışı qadağan deyil" - Ekspert  |     15:06 Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi  |     14:42 Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB  |     14:00 ABŞ Ukraynaya 15 milyard dollarlıq silah verəcək  |     13:57 Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU  |     13:56 Biləsuvarda transformator partlayıb  |     13:44 Polşa və Litva Rusiya sərhədində birgə poliqon yaradır  |     13:42 Hakimin ölümünə görə "Azəriqaz" əməkdaşına HÖKM OXUNDU - FOTO  |    
Left Banner
Right Banner

İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü - TƏFƏRRÜAT + VİDEO

11.05.2020 12:28 2 570
İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü - TƏFƏRRÜAT + VİDEO
İsmayıllı rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Qatilin dayısı Alim Tapdıqov Baku.Tv-yə bildirib ki, Bakıda olduğu üçün hadisədən gec xəbər tutub:

“Evə gələndə gördüm ki, ahılların əli, ayağı bağlanıb, sifətləri tanınmaz hala salınıb. İstifadə etdiyi alət isə armatur olub. Evdən pulları, qızılları götürüb gedib. Çıxarkən isə nənəsini boğaraq öldürüb, hətta ağzındakı qızıl dişini də götürüb. Öldürməmişdən əvvəl isə onlarla söhbət edib”.

Qeyd edək ki, qatil evdə 15 min manata yaxın pul olduğunu bilirmiş.

Hadisəni törətdikdən sonra, V.Qədirov qardaşının evinə gedib və onu öldürmək istəyib. Qardaşının qaçdığını görəndə isə onun evini yandırıb.

Daha ətraflı süjeti təqdim edirik:


скачать dle 11.3
Mojo.az Banner